AZ

Rusiyadan hücum anonsu: bu ölkə hədəf olacaq

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Fransa hərbçiləri Ukraynaya birtərəfli bilet alacaqlar”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.

“Rusiya tərəfi hələ ki, Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya fransız qoşunlarının göndərilməsi ilə bağlı qərar qəbul edib-etmədiyini və bunun hansı statusda olduğunu bilmir. Amma Ukrayna tərəfində döyüşən xarici kontingent Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf olacaq”, – o bildirib.

Qeyd edək ki, oktyabrın 28-də Britaniya hökumətinin də Ukraynaya qoşun yeritmək niyyətində olduğunu məlum olub.

Rusiya Xarici Kəşfiyyat Xidməti bildirib ki, Fransa Ukraynaya 2000-ə qədər əsgər və zabitdən ibarət hərbi kontingent göndərməyə hazırlaşır.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
globalinfo.az

1Mənbələr