Son vaxtlar tez-tez insanların it dişləməsi ilə bağlı xəbərlərlə qarşılaşırıq. Belə hallarda həm sağlamlıq, həm də təhlükəsizlik baxımından doğru addımlar atmaq çox önəmlidir.
Bəs it dişləməsi hadisəsi baş verdiyi anda insanlar ilk növbədə hansı tədbirləri görməli, vəziyyətin ağırlaşmaması üçün nələrə diqqət yetirməlidirlər?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Etibar Süleymanov bildirdi ki, it dişləməsi zamanı birinci növbədə dişlənən sahə antiseptik məhsullarla yuyulmalı və sarğı qoyulmalıdır:
.jpg)
"Quduzluq xəstəliyinin əmələ gəlməməsi, başlamaması üçün isə təcili olaraq ilk üç gün ərzində poliklinikalarda və ya travmatoloji şöbələrdə quduzluq əleyhinə sxem üzrə antirabik peyvənd vurulmalıdır. Sxem birinci, üçüncü, yeddinci günlərdə aparılır və lazım gələrsə, sonrakı mərhələlərdə davam etdirilə bilər. Eyni zamanda itin üzərində də nəzarət olmalıdır. Əgər küçə itidirsə, tanınmayan, kimə məxsus olduğu bilinməyən itdirsə, onda tam kurs quduzluq əleyhinə peyvəndlər vurulur. Yox əgər ev itidirsə, iynələri vaxtında vurulubsa və 10 gün, iki həftə ərzində it sağ qalır, heç bir xəstəlik əlaməti müşahidə olunmursa, onda üç iynə kifayət edir".
Nuriyyə NATİQQIZI
