"Barselona" klubu "Qalatsaray"ın futbolçusu Viktor Osimhen ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi nigeriyalı hücumçu üçün hərəkətə keçib. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Barselona" 2026-cı ilin yayında Osimheni heyətinə cəlb etməyə çalışacaq.
Qeyd edək ki, 26 yaşlı forvard cari mövsüm "Cim-Bom"un heyətində 9 oyuna 6 qol vurub. Onun Türkiyə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.
 
                        