AZ

PSJ-nin futbolçusuna nə olub?

style='margin-bottom:10px;'>

Fransanın PSJ klubu itki ilə üzləşib.

QOL.az xəbər verir ki, Paris təmsilçisinin aparıcı futbolçularından olan Desire Due sıradan çıxıb.

O,  Liqa 1-in 10-cu turunun "Loryan"la matçında zədələnib. 20 yaşlı vinger meydandan xərəklə çıxarılıb. Onun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək. 

BBC-nin məlumatına görə sağ budundan zədə alan futbolçu bir neçə oyunu buraxacaq.

Qeyd edək ki, Desire Due bu mövsüm PSJ-nin heyətində keçirdiyi 15 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.

Seçilən
13
2
teleqraf.com

7Mənbələr