AZ

Gürcüstanın baş naziri Avropa bürokratiyasını Milli Hərəkat a dəstək verməkdə ittiham etdi

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Gürcüstanın baş naziri İrakli Kobahidze bildirib ki, hakimiyyət bir dəfəlik və əbədi olaraq qeyri-demokratik və qeyri-konstitusional qüvvələri, hansı ki, Avropa bürokratiyasının himayədarlıq etdiyi qüvvələri siyasi sistemdən xaric etməlidir.

Bizimyol.info xəbər verir ki, hökumətdəki "Gürcü Arzusu" partiyası, Gürcüstanda üç əsas müxalifət partiyasının konstitusiyaya zidd olaraq fəaliyyət göstərməsi və onların qadağan edilməsi barədə Konstitusiya Məhkəməsinə müraciət hazırlayıb. Bu partiyalar "Birləşmiş Milli Hərəkət", "Dəyişikliklər Koalisiyası" və "Güclü Gürcüstan – Lelo"dur. Hökumət, bu partiyaları "kollektiv Milli Hərəkət" və "radikal müxalifət" adlandırır.

Kobahidze: "Hamı bilir ki, Milli Hərəkata Avropa bürokratiyası himayədarlıq edib və əvvəllər ABŞ da buna dəstək verirdi. İndi isə bu qədər açıq şəkildə bu qüvvələrin himayəsi açıq-aşkar ortaya qoyulub. Məncə, bu, Avropa bürokratiyasının istəməli olduğu şey deyil", – deyə qeyd edib.

Baş nazir əlavə edib ki, Avropa bürokratiyasının qəbul etdiyi qərarlar o qədər məntiqsiz və ədalətsizdir ki, müxtəlif şübhələrə yol açır. O, Avropa qurumlarının pragmatizm nümayiş etdirərək Milli Hərəkatı dəstəkləməməsini ümid etdiyini bildirib.

Kobahidze: "Baxarıq, hadisələr necə inkişaf edəcək, amma biz öz xalqımıza və dövlətimizə qarşı məsuliyyət daşıyırıq, demokratik sistemimizə qarşı məsuliyyət daşıyırıq. Qeyri-demokratik, qeyri-konstitusional siyasi qüvvələrdən qurtulmalıyıq ki, Gürcüstan nəfəs ala bilsin", – deyə vurğulayıb.

Baş nazir bildirib ki, hökumətin əsas məqsədi ölkəni daimi radikalizm, nifrət və demokratik sistemə qarşı mübarizədən azad etməkdir. O, radikal müxalifətin artıq bir neçə ildir hakimiyyəti konstitusiyaya zidd olaraq ittiham etdiyini, lakin faktların əksini göstərdiyini, yəni müxalifətin özünün Konstitusiyaya qarşı fəaliyyət göstərdiyini qeyd edib.

Əvvəlcə, hakim partiya Konstitusiya Məhkəməsinə müraciətində bu üç müxalifət partiyasının qeyri-konstitusional sayılmasına dair arqumentləri açıqlayıb. Sənəddə insan haqları pozuntuları, seçkilərin legitimliyini tanımamaq, xarici dövlətlərin maraqlarını müdafiə etmək və ölkənin ərazi bütövlüyünə təcavüz etməklə bağlı ittihamlar yer alıb.

"Gürcü Arzusu" partiyasının təşəbbüsünə münasibət bildirən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstan üzrə məruzəçiləri, bu əsas müxalifət partiyalarının qadağan edilməsinin faktiki olaraq təkpartiyalı sistemin qurulmasına səbəb olacağını və bunun Avropa Şurası ilə uyğunluq təşkil etməyəcəyini vurğulayıblar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
icma.az

1Mənbələr