
İlk dəfə 1870-ci ildə ABŞ-dəqeydə alınandabağın heyvanlardaəsas əlaməti ağız boşluğunda, dildə və dodaqlarda irinli yaraların əmələ gəlməsidir.Xəstəliyə yoluxan heyvanın iştahası, həmçinin süd verməsi kəskin azalır, onda qızdırma və halsızlıq meydana gəlir. Hərçənd dabaq yetkin cütdırnaqlılar üçün ölümcül deyil, ancaqistənilən hallarda süd və ət istehsalına böyük zərər vurur.

Azərbaycanda da fermer təsərrüfatlarında dabaq son aylarda epidemiya səviyyəsində yayıldığı üçüninsanlar süd və ət məhsulları istehlakından qaçınırlar.Halbuki mütəxəssislərin verdikləri məlumata əsasən, heyvanlara məxsus bu xəstəlik insan orqanizminəçox nadir hallarda ötürülür.Dabağa əsasən yalnız canlı heyvanlarla birbaşa təmas quran şəxslərin (məsələn, fermerlərin, baytarların) yoluxması mümkündür.
Xəstəliyə məruz qalaninsanda yüngül qızdırma, ümumi halsızlıq əmələ gəlir, habelə ağız nahiyəsində və əllərdə qabarcıqlarüzə çıxır.Halbuki bu əlamətlər ciddi problemdən xəbər vermir.Ən əsası isə, dabaq virusu (aftovirus), adətən,insandan insana keçmir.Britaniyada bu xəstəliyə ən son yoluxma faktı1967-ci ildəqeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə,dabaq xəstəliyinə tutulmuş heyvanların ətinin istehlakı,demək mümkündür ki, tamamilətəhlükəsizdir.Çünkiət bişərkən üzərindəki virus yoxa çıxır.Bu virus həmçinin insanın mədə turşusuna qarşı dözümsüzdür.Xəstə heyvanın çiy əti və südü dəinsan orqanizmi üçünciddi risk daşımır.
Beləliklə, dabaqinsan sağlamlığından ziyadə daha çox heyvandarlıq və ölkənin kənd təsərrüfatı üçün təhlükəlidir.Epidemiyanın qarşısını almaq məqsədiləheyvanlar müntəzəm peyvəndlənməli, xəstə düşənlər dərhal təcrid altına alınmalı,fermalarda dezinfeksiya tədbirləri görülməli, heyvanların, onların ət və südlərinin daşınması xüsusi nəzarətlə həyata keçirilməlidir.
Firudin Həmidli
AzVision.az