AZ

Oturaq həyat tərzi üçün XİLAS

Kakao kompüter arxasında işləyənlər üçün əsl xilasdır.

İnterpress.az xəbər verir ki, bu barədə alimlər yeni açıqlamalarında deyib.

Uzun müddət oturaq həyat tərzi sağlamlığa ciddi zərər vurur, buna görə də alimlər onu zərər səviyyəsinə görə “yeni siqaret çəkmə” adlandırırlar. Lakin araşdırmalar göstərir ki, kakao bu mənfi təsirləri azalda bilər.

Kakaonun tərkibindəki flavanollar damarların fəaliyyətini yaxşılaşdırır — hətta iki saat hərəkətsiz qalmaqdan sonra belə. Üstəlik, bu təsir həm idmanla məşğul olanlarda, həm də az hərəkətli insanlarda eyni şəkildə müşahidə olunub.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr