ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tez-tez səhnə geyimləri ilə gündəmə gələn türkiyəli müğənni Ajda Pekkan libaslarından söz açıb.
Axşam.az xəbər verir ki, ifaçı paltarlarını tez-tez dəyişdirmədikdə onu "simic" adlandırdıqlarını deyib.
"Kostyumlarla bağlı bir faylım var və orada hətta mahnı sözləri də yer alır. Rəsm çəkməyi sevdiyim üçün öz anatomiyamı bilirəm, ona görə də müəyyən vəziyyətlərdə necə görünməli olduğumu düşünürəm. Daha sonra bu haqda işlədiyim dizaynerlərə ətraflı təlimat verirəm.
Əvvəllər hər gün dəli kimi kostyumlar dəyişirdim. İndi bir gün eyni geyimi geyinəndə dərhal deyirlər ki, "Ajda simicdir" deyə, ifaçı əlavə edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        