AZ

Səhər yeməyi - Düyü unlu syrniklər

Səhər

Tərkibi: ▪️ 5% yağlı kəsmik – 300 q ▪️ Yumurta – 1 ədəd (50 q) ▪️ Düyü unu – 30 q ▪️ Şəkər əvəzedicisi (eritrit) – 10 q ▪️ Vanilin – 1 q ▪️ Duz – 1 q ▪️ Hindistan qozu yağı (qızartmaq üçün) – 5 q Hazırlanması: Kəsmiyi süzgəcdən keçirin, üzərinə yumurta, şəkər əvəzedicisi, vanilin və duz əlavə edib qarışdırın. Düyü ununu əlavə edib qatı xəmir yoğurun. Xəmiri 8 hissəyə bölüb hərəsini təxminən 1,5 sm qalınlığında dairəvi formada hazırlayın. Tavaya az miqdarda (1/3 ç.q.) hindistan qozu yağı tökün, orta temperaturda hər üzünü 3–4 dəqiqə qızılı rəng alana qədər qızardın. 100 q üçün qida dəyərləri:Kalori – 128.6 Zülal – 13.4 q Yağ – 5.2 q Karbohidrat – 6.8 qReseptlərinizi bizimlə paylaşmaq və saytda dərc etdirmək istəyirsinizsə, əlaqə:"[email protected]"Ulusum.az

Diqqət Çəkənlər

102 İllik Tarix: Cümhuriyyətin Gücü və Qüruru

Evdə Hazırlanan Əsl İtalyan Ciabattası - VİDEO

Bu rayonlarda qaz kəsiləcək

Seçilən
19
ulusum.az

1Mənbələr