AZ

Bakıda iki küçəyə Məmmədbağır Bağırzadənin adı verildi

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda iki küçəyə xalq artisti Məmmədbağır Bağırzadənin adı verilib.

Kult.az xəbər verir ki, bu barədə Teleqraf-a xalq artistinin oğlu, müğənni Rahim Bağırzadə məlumat verib.

"Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Nazirlər Kabinetinin göstərişi ilə atamın doğulduğu Nardaran kəndində küçələrin birinə onun adı verilib. Həmin küçədə 99 ev yerləşir.

Digər küçə isə Maştağadadır. Qəsəbə sakinlərinin şəxsi imzaları ilə toplanmış müraciət bələdiyyə tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunub və nəticədə bir küçəyə Məmmədbağır Bağızadənin adı verilib", - o bildirib.

Qeyd edək ki, bu gün Məmmədbağır Bağırzadə vəfatından 20 il ötür. O, 55 yaşında dünyasını dəyişib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
17
axar.az

10Mənbələr