ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Trampın açıqlamalarından əvvəl Rusiyanı nüvə sınaqlarını bərpa etmək planları barədə məlumatlandırmayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın ölkəsinin nüvə sınaqları keçirəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
O, həmçinin vurğulayıb ki, əgər hər hansı bir ölkə nüvə sınaqlarına qoyulan moratoriumdan imtina edərsə, Rusiya da buna uyğun hərəkət edəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.