AZ

Tarix boyu heç vaxt zəlzələ olmayan yerlər də silkələnir: Alimlər səbəbini tapdılar

Son onilliklər ərzində zəlzələlər əvvəllər seysmik cəhətdən sakit hesab edilən ərazilərdə də tez-tez baş verir. Alimlər qeyd edirlər ki, hər dəfə bu təkanlar aktiv sənaye fəaliyyəti ilə bağlı olub.

Publika.az xəbər verir ki, alimlərin bu proseslə bağlı araşdırmasını "Naked-science.ru" nəşri işıqlandırıb.

Bildirilir ki, geoloji tarixdə əvvəllər heç bir zəlzələ olmayan Niderlandın şimalı birdən-birə yeraltı təkanlar ilə sarsılmağa başlayıb. Bunlar nisbətən zəif, maqnitudaları heç vaxt 3,6-dan çox olmayan titrəyişlər olub. Buna baxmayaraq, onlar binaların yükdaşıyan divarlarında çatların yayılmasına səbəb olacaq qədər güclü olublar.

Bölgədəki "Qroningen" qaz yatağı 1960-cı illərdən bəri işlənilir. Seysmoloqlar belə nəticəyə gəliblər ki, zəlzələnin baş verməsinə səbəb məhz yataq olub.

Yerli qaya nümunələrini təhlil etdikdən sonra məlum olub ki, onlar zahirən çox faydalı "sürəti gücləndirmə" xüsusiyyətinə malikdirlər. Bu o deməkdir ki, bu cür süxurları ehtiva edən litosfer plitələrinin yerdəyişmə sürəti artdıqca, onlar arasındakı sürtünmə artır və mahiyyətcə sonrakı hərəkətə maneə törədir. Nəticədə zəlzələ faktiki olaraq qeyri-mümkün olur.

Seçilən
25
publika.az

1Mənbələr