Bakı.Trend:
Həm süni göllər, həm müasir akvakultura mərkəzləri, həm də kanaltipli təsərrüfatların ümumi sayı 76-yadəkdir. Bəzi bu tiplitəsərrüfatlar qeydiyyata düşməsələr də, fəaliyyət göstərirlər.
Bunu Trend-əmüsahibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyətgöstərən "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsindirektoru Ceyhun Əliyev deyib.
O bildirib ki, akvakultura mərkəzlərinin qeydiyyat prosesininasanlaşdırılması məqsədilə qanunvericiliyə təkliflərhazırlanıb.
C.Əliyev əlavə edib ki, balıqçılıqla bağlı elektron uçotunyaradılması planlaşdırılır.
"Bunun əsas məqsədi balıqçılıq sahəsində fəaliyyət göstərənsubyektlərin fəaliyyətinin şəffaflaşdırılmasıdır. Digər proses isəakvakultura təsərrüfatlarının istehsalatının dayanıqlığını təminetmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən növbətiillərdə sahibkarlara subsidiya və dəstək mexanizmlərininhazırlanmasıdır".