AZ

Yeni yanaşma əsasında direktorların işə qəbulu üzrə müsabiqəyə başlanılıb

Bakı. Trend:

Ümumi təhsil sistemində idarəetmənin səmərəliliyini vəşəffaflığını artırmaq məqsədilə bu ildən etibarən dövlət ümumitəhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsi yeniyanaşmalar əsasında təşkil olunur.

Trend xəbərverir ki, bu barədə MÜTDA məlumat yayıb.

Bildirilib ki, yeni qaydalar əsasında proses məktəbidarəçiliyində pedaqoji liderlik modelinin formalaşdırılmasınaxidmət edir və idarəetmə bacarığı yüksək olan peşəkar müəllimlərinseçilməsini hədəfləyir. Bu çərçivədə sertifikatlaşdırmada,müəllimlərin işə qəbulu imtahanında və ya diaqnostikqiymətləndirmədə yüksək nəticə əldə edən namizədlər arasından seçimaparılacaq. Namizədlərin idarəetmə, liderlik və strateji düşünməqabiliyyətləri isə müsahibə mərhələsində qiymətləndiriləcək.

Müsabiqə mərhələli şəkildə həyata keçiriləcək ki, bu da daha çoxnamizədlə keyfiyyətli müsahibələrin aparılmasına və onlarınpeşəkar, həmçinin şəxsi kompetensiyalarının genişqiymətləndirilməsinə imkan yaradacaq. İlkin mərhələdə NaxçıvanMuxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsilİdarəsi və regional təhsil idarələri tərəfindən 80-ə yaxın vakantdirektor vəzifəsi müəyyənləşdirilib.

Namizədlərə bildiririk ki, bütün vakant yerlər mərhələli qaydadaelan ediləcək və müsahibələr ardıcıl şəkildə həyatakeçiriləcək.

Direktor vəzifəsinə elektron sənəd qəbulu 30 oktyabr 2025-ci ilsaat 11:00-dan 11 noyabr 2025-ci il saat 17:00-dək https://miq.edu.az/direktor portalı vasitəsiləaparılacaq.

Yeni qaydalar məktəb rəhbərliyinə öyrənən və öyrədən liderləringətirilməsini, peşəkar müəllimlərin karyera inkişafı üçün realimkanların yaradılmasını, eləcə də şagird nailiyyətlərinə birbaşatəsir edən idarəetmə mühitinin formalaşdırılmasını təminedəcək.

Məqalədə:
Seçilən
121
32
az.trend.az

10Mənbələr