Misli Premyer Liqasının 10-cu turunda "Qəbələ"ni qəbul edəcək "Sabah" oyuna itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Cəzalı oyunçu yoxdur. Zinəddin Uld Xaled, Boyan Letiç, Akim Zedadka və Pavol Şafranko zədə səbəbindən "Qəbələ" ilə matçda oynamayacaqlar".
Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Qəbələ" oyunu noyabrın 3-də keçiriləcək. Matçın start fiti 19:30-da səsləndiriləcək.
Nihat