AZ

Türkiyə Böyük Britaniyadan 20 ədəd “Eurofighter” alacaq Nə qədər vəsait ödəniləcəyi açıqlandı

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Türkiyə Müdafiə Nazirliyi (MSB) Böyük Britaniyadan alınacaq 20 ədəd yeni istehsal "Eurofighter Typhoon" döyüş təyyarəsinin layihə dəyərini açıqlayıb. 

Nazirliyin məlumatında bildirilib ki, 20 ədəd yeni istehsal "Eurofighter Typhoon" təyyarəsi, onlara aid avadanlıqlar və müxtəlif növ silah və sursatların ümumi layihə dəyəri təxminən 5,4 milyard funt sterlinqdir.

Türkiyə Müdafiə Nazirliyi qeyd edib ki, bu təyyarələr Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə alınır. Açıqlamada həmçinin vurğulanıb ki, Böyük Britaniyadan alınacaq 20 təyyarəyə əlavə olaraq, Qətər və Oman kimi ölkələrdən də "Eurofighter Typhoon" təyyarələri alınacaq.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azpolitika.info

1Mənbələr