AZ

Ukrayna Ordusunun dron təminatı daha da gücləndirilir

Ukrayna Müdafiə Nazirliyi “DOT-Chain Defence” vasitəsilə pilotsuz uçuş aparatları və digər avadanlıqların alınması üçün əlavə 1.9 milyard qrivna (45.2 milyon ABŞ dolları) ayırıb.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, üç ay ərzində “DOT-Chain Defence” vasitəsilə orduya 3.74 milyard qrivna (89 milyon dollar) dəyərində təxminən 100 min ədəd dron çatdırılıb.

Məhsulların “stokdan” çatdırılma müddəti orta hesabla cəmi 10 gündür.

“DOT-Chain Defence”, bölmələrin lazımi avadanlıqları özləri seçdiyi və Müdafiə Satınalmaları Agentliyinin bürokratiyanı öz üzərinə götürdüyü rahat və şəffaf bir platformadır.

Seçilən
26
poliqon.az

1Mənbələr