AZ

Dünyanın ən bahalı qəhvəsi satışa çıxarıldı

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dubayda yerləşən “Julith” adlı bir kafe hazırda dünyanın ən bahalı qəhvəsini müştərilərə təqdim edir.

Axşam.az xəbər verir ki, "Nido 7 Geisha” adlanan qəhvənin bir fincanı 980 dollara başa gəlir. Qiymətin bu qədər yüksək olmasının səbəbi isə istifadə olunan dənələrin son dərəcə nadir və yüksək keyfiyyətli olmasıdır. Panamada yetişdirilən bu qəhvə dənələri dünyanın aparıcı yarışlarından birində rekord səviyyədə 98 bal toplayıb.  

“Julith” bu nadir dənələrin cəmi 20 kiloqramlıq partiyasını 604,080 dollara rekord qiymətə hərracda alaraq tamamilə özünə məxsus edib. Bu da qəhvəsevərlər üçün unikal bir təcrübə yaradaraq, qəhvə sənətkarlığı və nadirliyin zirvəsini dadmaq imkanı verir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
axsam.az

1Mənbələr