"Türkiyə ilə yaxın tərəfdaşlığımızı daha da genişləndirmək istəyirəm".
Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Ankarada keçiriləcək görüşlərindən əvvəl "X" hesabında deyib.
O, iki ölkə arasındakı çoxşaxəli münasibətlərə diqqət çəkib:
"Türkiyə ilə xüsusi və çoxşaxəli münasibətlərimiz bizi birləşdirir. Xarici və təhlükəsizlik siyasəti, eləcə də miqrasiya, enerji və ticarət məsələləri buna daxildir. Sıx tərəfdaşlığımızı daha da genişləndirmək istəyim üçün Ankaradayam".