AZ

Londonda bıçaqlı HÜCUM: Bir ölü, iki yaralı – VİDEO

Londonda miqrant bir kişini bıçaqlayaraq öldürüb, iki nəfəri yaralayıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Londonda 22 yaşlı Əfqanıstan vətəndaşı bıçaqla bir kişini öldürüb, digər bir 45 yaşlı kişini və 14 yaşlı bir oğlanı isə yaralayıb.

Kütləvi informasiya vasitələrinin məlumatına görə, hücumun səbəbi hələ məlum deyil, polis isə mümkün terrorla əlaqə ehtimalını istisna etmir.

Qeyd olunur ki, hücum edən şəxs 2020-ci ildə Böyük Britaniyaya qanunsuz şəkildə yük maşını ilə daxil olub, 2022-ci ildə isə sığınacaq və qalmaq icazəsi alıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr