ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya Bankı Azərbaycana işgüzar mühitin yaxşılaşdırılmasına və özəl investisiyaların cəlb edilməsinə yönəlmiş islahatları aktivləşdirməyi tövsiyə edir.
Bu barədə Dünya Bankının hesabatında öz əksini tapıb. Vergi siyasətinin proqnozlaşdırılmasının mümkün olması, biznes üçün bərabər şərtlərə və məhkəmə mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi diqqətin ayrılması təklif olunur.
Qeyd edək ki, mütəxəssislər də ölkədə biznes mühitinin yaxşılaşdırılması, investisiya imkanlarının genişləndirilməsi üçün bir sıra sahələrin daha sərbət şəkildə fəaliyyətinin olmasını təklif edirlər.
Ümumiyyətlə, Dünya Bankının bu tövsiyələrinin reallaşması mümkündürmü?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, əslində Dünya Bankı, Beynəlxalq Valyuta Fondu 20-25 ildir ki, eyni tövsiyələri verir:

“Yəni Azərbaycanla bağlı eyni tövsiyələri illərdir ki, görmək mümkündür. Bunun reallaşdırılması təbii ki, mümkündür. Ancaq o tövsiyələrin reallaşdırılması üçün Azərbaycan hökumətinin özünün bir islahat proqramı olmalıdır. Uzun illərdir ki, bu tövsiyələr verilsə də, yerinə yetirilmir.
Əslində Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər beynəlxalq maliyyə institutları Azərbaycanda struktur problemləri görüb və onunla bağlı islahatlara gedilməsinin vacib olduğunu söyləyirlər. İndi “top” Azərbaycan tərəfdədir. Bu tövsiyələrə əməl edilib-edilməməsi onlardan asılıdır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”
Açar sözlər:
Dünya Bankı Natiq Cəfərli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
