AZ

Məşhur virusu yayanlar saxlanıldı

Həştərxan vilayətində məşhur “Meduza” virusunu yaratmaqda şübhəli bilinən üç gənc İT mütəxəssisi saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk "Telegram" kanalında məlumat yayıb.

Bildirilir ki, zərərli kompüter proqramlarını yaratmaqda, istifadə etməkdə və yaymaqda şübhəli bilinən bir qrup haker polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə, onlar təxminən iki il əvvəl “Meduza” adlı proqram təminatı hazırlayıb yaymağa başlayıblar.

"Bu proqram şəxsi informasiyaları, kripto pul kisəsi və digər məlumatları oğurlamaq üçün nəzərdə tutulub", - deyə qeyd olunur.

Seçilən
16
1
publika.az

2Mənbələr