AZ

Sədrəddin Soltan: “Ermənistan sülh prosesini uzatmamaq üçün Konstitusiyada dəyişiklik etməyə məcbur olacaq”

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib ki, Konstitusiya Dəyişiklikləri üzrə Şurada hələlik Müstəqillik Bəyannaməsinə istinad və Konstitusiyanın birinci fəslinə dair məsələlər müzakirə olunmayıb.

Erməni nazir bu barədə jurnalistlərlə söhbətində məlumat verib.

Onun sözlərinə görə, Şuranın iclasları artıq daha tez-tez keçirilir və son iclasda bir neçə məsələ səsverməyə çıxarılıb, bəzi ifadələrin formulu müəyyənləşdirilib. Yaxın həftələrdə isə ictimaiyyətə Şuranın fəaliyyəti barədə məlumat vermək üçün maarifləndirici kampaniyaya başlanması planlaşdırılır.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın sözlərinə görə, istisna olunmur ki, Ermənistan Konstitusiyasında və Müstəqillik Aktında dəyişikliklər edilsin:

“Çünki sülh müqaviləsinin imzalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi və Bakının İrəvandan əsas tələblərindən biri məhz Ermənistan Konstitusiyasının Müstəqillik Aktında dəyişiklik edilməsidir. Bu sənəddə Azərbaycanın, eləcə də Türkiyənin ərazi bütövlüyünə qarşı iddialar yer alır, həmçinin qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması kimi müddəalar öz əksini tapır.

Qeyd etmək lazımdır ki, bu il Ermənistan “soyqırımı” ilə bağlı genişmiqyaslı beynəlxalq tədbirlər keçirmədi. Hətta həmin dövrdə ölkəyə gələn qonaqlar memorial kompleksinə aparılmadı. Bu isə göstərir ki, Ermənistan rəhbərliyi artıq bu iddianın əsassız olduğunu anlayır.

Başqa sözlə, bu məsələ İrəvana həm də xaricdən – keçmiş havadarları tərəfindən sırınmış bir iddiadır. Bütün bu proseslər 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüşün nəticələri ilə də əlaqələndirilə bilər”.

Siyasi şərhçi qeyd edib ki, yaxın vaxtlarda Azərbaycan, Ermənistan və ABŞ nümayəndələrinin iştirakı ilə birgə işçi qrupunun toplantısı planlaşdırılır və yeni görüşlərin də keçirilməsi istisna olunmur.

“Məlumatlara görə, həmin görüşlərdə Azərbaycan tərəfi Ermənistan Konstitusiyasının Müstəqillik Aktına dəyişiklik edilməsini bir daha gündəmə gətirib. Bu səbəbdən, İrəvanın sülh prosesini uzatmamaq və danışıqlara mane olan amilləri aradan qaldırmaq üçün Konstitusiya dəyişiklikləriə məcbur olacaq”.

Şəbnəm 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
icma.az

1Mənbələr