Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtıntəsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə müşavirəkeçirilib.
Trend xəbər verir ki, Müşavirədə çıxış edən Bakı Şəhər İcraHakimiyyətinin başçısı Eldar Əzizov dövlət proqramlarının uğurlahəyata keçirilməsi üçün peşəkarlığın, məsuliyyətin və vicdanlıyanaşmanın vacib olduğunu vurğulayıb.
Eldar Əzizov qeyd edib ki, bu gün dövlət qulluqçularınınəksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetirir. Lakin etikpozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarıtamamilə qəbuledilməzdir. O, vurğulayıb ki, bu cür davranış dövlətqulluğu prinsiplərinə ziddir və dərhal və obyektiv şəkildəqiymətləndirilməlidir.
“Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməzməmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyayauğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşdüyühallarla qarşılaşırıq. Qoy hamı xatırlasın ki, AzərbaycanPrezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, ocümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardantəmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onlarınişini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir”, -deyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib.
Merin sözlərinə görə, hər bir dövlət məmuru cəmiyyət qarşısındaməsuliyyətini xatırlamalı və vətəndaşların maraqları naminəçalışmalı, təvazökarlıq, dürüstlük və peşəsinə sədaqət nümayişetdirməlidir.