Bakı, 30 oktyabr, AZƏRTAC
Hər yeni kitab bir hadisədir və oxuyana yeni həyat təcrübəsi bəxş edir. Bu gün təqdim olunan kitab Qarabağın tarixini, xalqımızın çəkdiyi əzabları və 2020-ci ildən sonra başlayan dirçəliş, “Böyük Qayıdış” hekayəsini əks etdirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev “Mənim Qarabağa səfərim” kitabının təqdimatı zamanı söyləyib.
O bildirib ki, xarici müəlliflərin yazdıqları belə əsərlər Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya çatdırmaq üçün böyük əhəmiyyət daşıyır. Belə nəşrlərin yayılması həm ölkəmizi, həm də xalqımızın tarixini və mədəniyyətini tanıtmaq baxımından vacibdir.