AZ

Əraqçi: Təbrizin hökumətdə qatı tərəfdarı var

Təbrizin hökumətdə qatı tərəfdarı var və o, prezidentin özüdür.

"Yeni Sabah" jamaran-a istinadla xəbər verir ki, bunu "Şərqi Azərbaycan Diplomatiyası" toplantısında İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, ölkənin şimal-qərbi İran diplomatiyası tarixində mühüm rol oynayıb: pizza

"Rəşt və Təbrizdən başlayıb Ərdəbil və Urmiyəyə qədər olan bu torpaq təkcə siyasi sərhəd deyil, həm də İranın Qafqaz, Anadolu və Qara dəniz hövzəsi ilə dialoqu üçün tarixi bir qapı idi. İranla Osmanlı İmperiyası arasında ilk rəsmi danışıqlar Təbriz və Xoy kimi şəhərlərdə aparılıb və bundan sonra, Qacarlar dövründə Təbriz İranın Rusiya və Qafqaz nümayəndələri ilə davamlı əlaqə bazasına çevrilib".

Nazir əlavə edib: "Məhz bu torpaqda qonşuluq və suverenlik arasında tarazlıq anlayışı İran siyasətində institutlaşdırıldı. Bu gün Gilan, Ərdəbil, Şərqi və Qərbi Azərbaycan vilayətləri İslam Respublikasının bu regiondakı qonşuları, yəni Gürcüstan, Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya ilə münasibətləri üçün yeni formatda eyni rol oynayır".


Telegram kanalımız
Seçilən
58
yenisabah.az

1Mənbələr