AZ

Dünya çempionu metroda telefon oğrusunu belə zərərsizləşdirdi - DETALLAR

Londonda ciu‑citsu üzrə dünya çempionu bir qadının telefonunu oğurlamağa çalışan şəxsi saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Daily Mail yayıb.

Məlumata görə, 29 yaşlı İvan Skoko görüb ki, qadın vaqona minərkən bir kişi onun smartfonunu əlindən almağa çalışır.

“Çox yüksək səslə qışqırıq eşitdim. Qadın deyirdi ki, onu qarət etməyə çalışırlar,” — Skoko xatırlayır.

15 illik döyüş sənəti təcrübəsinə malik olan İvan dərhal reaksiya göstərib: o, şübhəlini tutaraq yerə yıxıb və ağrı üsulu ilə hərəkətsiz hala gətirib. Saxlayarkən hadisə şahidləri nəqliyyat polisini çağırıblar.

Skoko saxlanma zamanı şəxsin silahı ola biləcəyini düşünüb və ona müqavimət göstərməməyi xəbərdar edib. Axtarış zamanı şübhəlinin kəmərində paslı çəkic və iki smartfon tapılıb.

“Cibində bir şey hiss etdim, bıçaq ola biləcəyini düşündüm”, -İvan əlavə edib.

Böyük Britaniya nəqliyyat polisinin nümayəndəsi bildirib ki, oğru oğurluq və silah saxlama ittihamı ilə həbs olunub.

“Mən həmin qadına kömək etmək üçün reaksiya göstərdim. Cəmiyyət qarşısında bu, mənim borcum idi,” — britaniyalı əlavə edib.

Bizim.Media

Seçilən
4
4
bizim.media

5Mənbələr