AZ

Şair-jurnalist Paşa Babakərlinin 65 illiyi qeyd edilib


Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair-jurnalist, AJB üzvü Paşa Babakərlinin (Əmircanov) 65 illk yubileyivə “Taleyim –yol yoldaşım” adlı şeirlər kitabının təqdimatı keçirilib. Tədbirdə yazarlar, jurnalistlər,müəllifin qələm dostları, yaxınları və oxucuları iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı “Taleyim – yol yoldaşım” kitabına geniş Ön söz yazmışdır. Tədbiri AYB sədrinin müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq Paşa Babakərlinin yaradıcılı-ğndan, xarakter cizgilərindən, jurnalist fəaliyyətindən danışıb və onaMətbuat Şurasının Diplomunu təqdim etmişdir.

Tədbirin moderatoru, şair-publisist və jurnalist, AYB İdarə Heyətinin üzvü, “Borçalı” İctimai Birliyinin sədri Dəyanət Osmanlı Paşa Babakərlinin poetik yaradıcılıq yolundan, şeirlərinin əsas motivi olan vətənpərvərlik, yurd-torpaq təəssübkeşliyi duyğularından, vətəndaş-ziyalı obrazının xüsusiyyətlərindən söz açaraq onaBorçalının ədəbi mədəni həyatında xidmətlərinə görə “Borçalının Fəxri” diplomunu təqdim edib.

Daha sonra tanınmış söz-sənət adamlarından “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir, şair-alim Knyaz Aslan,Rəşid Faxralı, Şərif Kərimli, Musa Nəbioğlu, Sahəddin Hüseynov, Müşviq Çobanlı, habelə şairin tələbə və iş yoldaşları yubilyarın sənət uğurları, milli-mənəvi keyfiyyətləri barədə düşüncələrini bölüşüblər.

Bildirilib ki, Paşa Babakərli 1960-cı ildə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində anadan olub. bitirib. 1990-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. bir sıra mətbuat orqanlarında, o cümlədən Müdafiə Nazirliyinin “Azərbaycan ordusu”, “Respublika”, “Ekspress”, “525-ci qəzet”, “Üç nöqtə”, “Yeni Qafqaz” və digər qəzetlərdə, “Trend” informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor müavini kimi vəzifələrdə çalışıb. Hazırda isə “Xalq qəzeti”ndə fəaliyyət göstərir.

Sonda Paşa Babakərli yubiley tədbirinin təşkilatçılarına və iştirakçılarına səmimi minnətdarlığını bildirib və yeni şeirlərini oxuyub.

Seçilən
36
baki-xeber.com

1Mənbələr