BAKI, 30 oktyabr. TELEQRAF
“İran ardıcıl altıncı il quraqlığa qədəm qoyub”.
Teleqraf xəbər verir ki, bunu Tehranın Su və Kanalizasiya Şirkətinin rəsmi nümayəndəsi Bəhnam Bəxşi deyib.
“"Yeni su ilinin başlanmasından bir aydan çox vaxt keçməsinə baxmayaraq, Tehranda yağıntının miqdarının bir millimetrdən az olduğu bildirilir”, - o qeyd edib.
Bəhnam Bəxşi əlavə edib ki, ötən 60 ilin ən quraq ili hesab edilən oktyabr ayında İranın paytaxtında 20 millimetrdən çox yağıntı qeydə alınıb.