Azərbaycan və Qazaxıstan arasında rəqəmsal ticarətin inkişafına hesablanmış sənəd imzalanıb.
Yeni imzalanan əməkdaşlıq memorandumu iki ölkə arasında rəqəmsal ticarətin inkişafı ilə bərabər, ümumi ixracın artırılması və Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənədi Bakıda keçirilən Avrasiya Fransçayzinq Forumu çərçivəsində Qazaxıstanın "Gaztrade" şirkətinin icraçı direktoru Aynur Amirbekova ilə "Azexport" portalının rəhbəri Ayxan Qədəşov imzalayıblar.
Bu sənədlə iki ölkə arasında ümumi iqtisadi platformaların yaradılması hədəflənir. Eyni zamanda ticarət əlaqələrinin rəqəmsallaşdırılması, malların ixrac proseslərinin sadələşdirilməsi nəzərdə tutulur.
 
                        