AZ

“Hurriyyət”dən Vüqar Məmmədovun saxlanması ilə bağlı açıqlama - YENİLƏNİB

“Hurriyyət”dən Vüqar Məmmədovun saxlanması ilə bağlı açıqlama - YENİLƏNİB

“Hürriyyət” qəzeti Vüqar Məmmədovun (Tofiqoğlu) Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının keçirdiyi əməliyyatla saxlanılması barədə məlumatı təsdiq edib.

Saytdan bildirilib ki, əməliyyat 29 oktyabr 2025-ci il tarixində, axşam saat 18:00 radələrində keçirilib. Qeyd edilib ki, Vüqar Məmmədov saxlanılıb, ofisdə axtarış aparılıb və “Hurriyyet TV”-yə məxsus avadanlıqlar götürülüb.

Təxminən eyni saatlarda Baş redaktorun Nizami rayonunda kirayə yaşadığı mənzilində də axtarış aparılıb və mənzildən heç bir sənəd və ya əşya götürülməyib:

Vüqar Məmmədovun yaşadığı evdə və “Hurriyyet TV”-nin ofisində aparılan axtarış DTX-nın müraciəti əsasında 29 oktyabr 2025-ci il tarixində Səbail Rayon Məhkəməsinin çıxardığı qərara əsasən aparılıb. Qeyd edək ki, Baş redaktorun hansı səbəbdən saxlanıldığı haqda hələ heç bir rəsmi və ya qeyri-rəsmi ittiham yoxdur.

“Hürriyyət”dən bildirilib ki, Vüqar Məmmədovun saxlanılmasının “Ramiz Mehdiyev işi” ilə əlaqələndirilməsi doğru deyil.

***

V.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

***

Hüquq-mühafizə orqanları “Hurriyyet TV”-də əməliyyat keçirib.

AFN.az “Bakupost”a istinadən xəbər verir ki, əməliyyat zamanı “Hürriyyət” qəzeti, eyniadlı Hurriyyet.az saytı və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.

Bildirilib ki, “Hürriyyət”ə məxsus ofisdə axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.

Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.

Seçilən
17
afn.az

1Mənbələr