AZ

Vətən müharibəsi şəhidi Rauf İbadovun əziz xatirəsi yad edilib - FOTO

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Rauf İbadovdur. Oktyabrın 29-da şəhadətə ucalan şəhidimizin xatirəsi hər il olduğu kimi bu il də məzarı başında yad edilib.
 
“İki sahil” xəbər verir ki,  anım mərasimində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov, Sumqayıt Regional Qaz İstismarı İdarəsinin rəisi Sübhi Bayramov və digər rəhbər şəxslər, həmçinin şəhidin döyüş yoldaşları və doğmaları iştirak ediblər. Şəhidin atası Məhərrəm İbadov oğlunun şərəfli ömür yolundan söz açıb. O, Raufun Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığını diqqətə çatdırıb.
 
Qeyd edək ki, Məhərrəm İbadov uzun illərdir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində çalışır.
Seçilən
23
ikisahil.az

1Mənbələr