AZ

Keçibuynuzu bəkməzi insan sağlamlığına faydalı olması üçün necə istehlak edilməlidir? Video

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün soyuqdəymə zamanı yaranan öskürəyi aradan qaldırmaq üçün keçibuynuzu bəkməzindən istfadə edilir. Keçibuynuzu bəkməzinin istehlakı enerji verir, astma və bronxit kimi tənəffüs xəstəliklərinin simptomlarını azaldır, immunitet sistemini gücləndirir, həzmi sakitləşdirir və mədəyə faydalıdır. Keçibuynuzu bəkməzi diş ətlərini gücləndirir, anemiyanın qarşısını alır, sümükləri gücləndirir, qan şəkərini balanslaşdırır, ürək sağlamlığını dəstəkləyir.Keçibuynuzu bəkməzi necə istehlak edilməlidir?

Keçibuynuzu bəkməzini qatıq və süd kimi məhsullarla və ya tək başına istehlak etmək olar. Bu, fərdi üstünlüklərdən asılı olaraq dəyişə bilər.

Sağlamlığa bir çox faydası olan keçibuynuzu bəkməzini gündə 1-2 çay qaşığı istehlak etmək olar. Daha çox istehlak salamlıq üçün zərərli ola bilər.

Keçibuynuzu bəkməzini hər səhər ac qarına və hər axşam yatmazdan əvvəl istehlak etmək olar.

Keçibuynuzu bəkməzini istehlak etməzdən əvvəl bir mütəxəssislə məsləhətləşə bilərsiniz. İstehlak tezliyi xüsusi xəstəliyə görə dəyişə bilər. Əgər xroniki xəstəlikləriniz varsa, bəkməzdən istehlak zamanı daha diqqətli olmağınız tövsiyə edilir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
bizimyol.info

1Mənbələr