Moda mütəxəssisləri qırmızı rəngin həm cazibə, həm də güc simvolu olduğunu vurğulayırlar.
Pravda.az bu parlaq rəngi düzgün formada geyinmək üçün əsas qaydaları təqdim edir.
Mütəxəssislərin fikrincə, qırmızı geyimi balanslaşdırmaq üçün onu neytral tonlarla - ağ, qara, bej və ya boz rənglərlə kombinləmək ən uyğun seçimdir. Daha cəsarətli üslub istəyənlər isə “monoxrom” tərzdə, yəni tamamilə qırmızı geyimlər seçə bilərlər.
Sadə geyim üzərində qırmızı çanta, ayaqqabı və ya şal kimi aksesuarların istifadəsi həm diqqətçəkici, həm də zərif görünüş yaradır. Qırmızının müxtəlif tonlarını -borda, mərcan və pastel çalarlarını bir arada istifadə etmək isə stili daha fərqli göstərir.
Makiyaj və saç düzümündə sadəlik vacibdir: təbii tonlarda makiyaj və səliqəli saç düzümü qırmızı geyimin enerjisini ön plana çıxarır.
Ekspertlər həmçinin vurğulayırlar ki, parça seçimi mövsümə uyğun olmalıdır, yayda yüngül və nəfəs alan materiallar, qışda isə qalın və teksturalı parçalar seçilməlidir.
Əminə Bayramova