Bakı. Trend:
Nəzarət tədbirləri çərçivəsində “Fueqo” MMC-yə və fiziki şəxsHəsənov İlkin Cahan oğluna məxsus Türkiyəyə ixrac üçün nəzərdətutulan ümumi çəkisi 163,4 ton alma məhsulu partiyalarından QidaTəhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələrgötürülərək müayinələrə cəlb olunub.
Trendxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, sınaq nəticəsində pestisid qalığının normadanartıq olduğu aşkarlanıb.
Məhsul partiyaları Türkiyə Respublikasının idxal tələblərinə, ocümlədən ölkəmizdə qüvvədə olan pestisid qalığı normalarına cavabvermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiyaedilməsi barədə qərar qəbul olunub.