Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçıdirektoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti,idarəetməsində olan məcmu aktivlərin həcmi 10 trilyon ABŞ dollarınıötən, dünyanın aparıcı suveren sərvət fondlarını bir araya gətirənyeganə beynəlxalq platforma olan Suveren Fondların BeynəlxalqForumu (SFBF) tərəfindən Əbu-Dabi şəhərində təşkil edilən və“Transformasiya dövründə dayanıqlılığın formalaşdırılması”na həsrolunmuş illik iclasda iştirak edir.
Bu barədə Trend ARDNF-yə istinadən xəbər verir.
Sözügedən tədbir Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi ŞeyxXalid bin Məhəmməd bin Zayidin himayəsi altında, Əbu-Dabiİnvestisiya Təşkilatı (ADIA), Mubadala İnvestisiya Şirkəti və digərstrateji tərəfdaş qurumların ev sahibliyi ilə keçirilir.
Forumda qlobal iqtisadi və geosiyasi dəyişikliklərin fonundasuveren fondların uzunmüddətli dəyər yaradan investisiyastrategiyalarının müzakirəsinə, dayanıqlı kapital qoyuluşu,texnoloji transformasiya və alternativ aktivlərin inkişafı kimimövzuların müzakirəsinə həsr olunub. Forum həmçinin SantyaqoPrinsiplərinin tətbiqinə dair beynəlxalq standartların yeniçağırışlara uyğun təkmilləşdirilməsi və suveren fondlarınşəffaflıq, hesabatlılıq və məsuliyyətli idarəetmə prinsiplərinəsadiqliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətdaşıyır.
İllik iclas çərçivəsində keçirilən İcraçı DirektorlarınForumunda İsrafil Məmmədov çıxış edərək suveren sərvət fondlarınınuzunmüddətli dayanıqlılığı və inkişaf imkanlarınınformalaşdırılmasında rolu, bu fondların qlobal iqtisadi sistemətəsiri, eləcə də rəqəmsallaşmanın suveren fondların investisiyaidarəçiliyində tətbiqi perspektivləri barədə fikirlərini bölüşüb.O, müasir texnoloji innovasiyaların, aktivlərin qorunması vəartırılması, həmçinin kapital bazarlarında şəffaflığın təminolunması baxımından strateji əhəmiyyət kəsb etdiyinivurğulayıb.
ARDNF-nin bu iclasda iştirakı Azərbaycanın beynəlxalq maliyyəicmasında etibarlı və məsuliyyətli institusional investor kimimövqeyini möhkəmləndirir, həmçinin qlobal suveren fondlar arasındadayanıqlı inkişaf və uzunmüddətli kapital qoyuluşu sahəsindəformalaşan dialoqa fəal töhfəsini nümayiş etdirir.
SFBF-nin katibliyi London şəhərində yerləşir və 2009-cu ildənetibarən suveren fondlar arasında əməkdaşlığın təşviqi, təcrübəmübadiləsinin gücləndirilməsi və qlobal investisiya idarəçiliyindəinstitusional etimadın artırılması istiqamətində fəaliyyətgöstərir. Xatırladaq ki, Forumun 14-cü illik iclası 2022-ci ildəARDNF-nin həmtəşkilatçılığı ilə Bakıda keçirilmişdir və bu tədbirAzərbaycanın suveren fondların qlobal icmasındakı rolunuəhəmiyyətli dərəcədə gücləndirmişdir. 2024-cü ildə OmanSultanlığının Maskat şəhərində keçirilən illik iclasda isə İsrafilMəmmədov sözügedən forumun İdarə Heyəti sədrinin müaviniseçilib.
 
                        