AZ

Suriya ordusu Türkiyədə hərbi təlimlərə başlayıb - Türkiyə MN

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Milli Müdafiə Nazirliyi jurnalistlərin gündəmdəki suallarına cavab olaraq açıqlama yayıb.

TurkicWorld xəbər verir ki, açıqlamada bildirilib ki, Suriya hökuməti bütün qurum və bölmələri ilə ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına yönəlmiş yenidənqurma işlərini davam etdirir. 13 avqust 2025-ci il tarixində imzalanmış “Ortaq Təhsil və Məsləhət Memorandumu”-dan sonra, Suriya hökumətinin tələblərinə uyğun olaraq müdafiə və təhlükəsizlik sahəsində potensialın artırılmasına yönəlmiş təlim, ziyarət, məsləhət və texniki dəstək fəaliyyətləri həyata keçirilir.

Bildirilib ki, Suriya Ordusunun qabiliyyətlərini gücləndirmək məqsədilə bəzi birliklər Türkiyə Silahlı Qüvvələrinə məxsus kazarma və təlim sahələrindən istifadə edərək ölkəmizdə hərbi təlimlərə başlayıblar.

Eyni zamanda, “SDG terror təşkilatının Suriya Müvəqqəti Hökumətinə inteqrasiyası” ilə bağlı məsələlər Nazirlik tərəfindən diqqətlə və həssaslıqla izlənilir.

Seçilən
26
turkic.world

1Mənbələr