Dünya Bankı (DB) 2025-2026-cı illər üzrə "Brent" etalon markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.
Bu barədə "APA-Economics" bankın oktyabr ayı üzrə proqnozuna istinadən xəbər verir.
Proqnoza əsasən, “Brent” neftinin orta qiyməti 2025-ci ildə 68 ABŞ dolları (öncəki proqnoz göstəricidən 4 dollar çoxdur), 2026-cı ildə isə 60 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacaq.
Bununla yanaşı, Dünya bankı “Brent” neftinin qiyməti üzrə 2027-ci il üçün proqnozunu açıqlayıb. Belə ki, bank qeyd olunan göstəricinin 2027-ci ildə 65 dollar səviyyəsində qərarlaşacağını ehtimal edir.
DB-nin hesablamalarına görə, 2024-cü ildə “Brent”in orta qiyməti 80,7 dollar təşkil edib.
Beləliklə, 2025-ci ildə “Brent” nefti illik müqayisədə 15,7%, 2026-ıi ildə 11,8% ucuzlaşacaq, 2027-ci ildə isə 8,3% bahalaşacaq.