Naxçıvan Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Əbülfəz Muxtaroğlu Quliyev vəfat edib.
Ölkə.az xəbər verir ki, o, 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əbülfəz Quliyev Naxçıvan Müəllimlər İnstitutunda Dillər və ədəbiyyat kafedrasının müdiri vəzifəsində də çalışıb.
Əbülfəz Muxtaroğlu pedaqoji fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. 5 kitab, 60-dan çox elmi məqalə müəllifidir. Onun bir çox şeirlərinə mahnılar bəstələnmişdir.
Allah rəhmət etsin.

Həmidə İbrahimova
 
                        