AZ

Osimhen "Barselona"nın hədəfində

La Liqa təmsilçisi "Barselona" "Qalatasaray"ın ulduz futbolçusunu transfer etmək istəyir. 

"Unikal" "Mundo Deportivo" nəşrinə istinadla xəbər verir ki, İspaniya klubu Viktor Osimheni transfer etməkdə maraqlıdır.

Kataloniya təmsilçisi Robert Levandovskidən sonra yaranacaq hücumçu boşluğunu Osimhenlə doldurmaq istəyir.

Digər tərəfdən "Barselona"nın 26 yaşlı hücumçunun qiymətinə görə bu transferi həyata keçirə bilməyəcəyi bildirilib.

Seçilən
29
unikal.az

1Mənbələr