AZ

Özbəkistanlı iştirakçı: “Medinex 2025” sərgisi yeni əməkdaşlıqlar yaratmaq fürsəti yaradır

Bakı, 30 oktyabr, AZƏRTAC

“Medinex 2025” sərgisi olduqca maraqlı keçir. Sərgidə yalnız Azərbaycanda deyil, bütün dünyada istehsal olunan yeni dərman vasitələri və tibbi texnologiyalar barədə məlumat əldə etmək fürsətimiz oldu.

Bunu AZƏRTAC-a müsahibəsində “Medinex 2025” sərgisinin özbəkistanlı iştirakçısı Diyorbek Rustambekov deyib.

O bildirib ki, Özbəkistanın “BP Pharma Healthcare” şirkəti vitamin və minerallar istehsal edir. “Bura bizim şirkətimiz üçün olduqca vacibdir. Çünki yeni əməkdaşlıqlar yaratmaq fürsəti yaradır. Düzünü desəm, mənim Azərbaycana ilk səfərimdir, ancaq Bakının gözəlliyi məni ilk dəfədən valeh etdi”, - deyə o vurğulayıb.

 

Seçilən
5
2
azertag.az

3Mənbələr