AZ

Paytaxtda yeni parklanma yerləri təşkil edilib

Bakı.Trend:

Paytaxtda yeni parklanma yerləri təşkil edilib.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki,Bakı şəhərinin küçə və prospektlərində nəqliyyatınfasiləsizliyinin, yol-piyada hərəkətinin rahatlığının təminedilməsi və şəhər mobilliyinin dayanıqlığına nail olunmasıməqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindənparklanma məntəqələrinin təşkili davam etdirilir.

Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində 5 parklanmaməntəqəsi yaradılaraq sürücülərin istifadəsinə verilib. Parklanmayerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərinavtomobilləri üçün müvafiq şərait yaradılıb.

Yaxın günlərdə Uluxanlı və Füzuli küçələrində də parklanmayerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyiküçələrdə müvafiq yol nişanları quraşdırılaraq yeni məntəqələrnəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.

Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv,rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsisahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkanyaradır.

Məqalədə:
Seçilən
12
16
az.trend.az

10Mənbələr