AZ

BDU-nun əməkdaşı Türkiyənin Koç Universitetində elmi tədqiqat aparacaq

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Aygün İsrayılova Türkiyənin Koç Universitetinin nəzdində fəaliyyət göstərən İnfeksion xəstəliklər mərkəzində (KUISCID) tədqiqat aparacaq.

BDU-dan  bildirilib ki, Aygün İsrayılova noyabrın 10-dan dekabrın 9-dək KUISCID-də “Staphylocococcus aureus bakteriyasına qarşı antibiofilm agentlər kimi azometin və xalkon əsaslı törəmələrin effektivliyinin qiymətləndirilməsi” mövzusunda tədqiqat işi həyata keçirəcək.

Qeyd edək ki, Aygün İsrayılova KUISCID mərkəzində ilk dəfə olaraq “Koloniya Damcı Axın Biorektaroru” modelindən istifadə etməklə S. aureus ştammlarında BDU-da sintez olunan aktiv birləşmələrin biofilm ingibirləşdirmə xüsusiyyətlərini araşdıracaq.

Seçilən
36
tehsil.biz

1Mənbələr