AZ

Şəhid Fikrət Əzizovun qardaşı: Pəhləvan kimi oğul idi

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qardaşım çox yaxşı insan idi. Pəhləvan kimi oğul olub".

Oxu.Az xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində itkin düşmüş, 2025-ci il oktyabrın 30-da nəşi dəfn olunan şəhid Fikrət Əzizovun qardaşı Məmməd Əzizov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Fikrət Əzizov könüllü olaraq müharibəyə qatılıb:

"1991-ci ildə birinci könüllü batalyonunda Aqil Quliyevin dəstəsində xidmətdə olub. Sonra könüllü şəkildə digər hərbi hissədə vuruşub. Sonuncu dəfə 1992-ci ildə itkin düşüb, Xocalı hadisələri zamanı bu ərazidə şəhid olub.

Qazıntılar zamanı dörd nəfər döyüş yoldaşı ilə birgə qalıqları tapılıb".

Məmməd Əzizov qeyd edib ki, onlar Fikrət Əzizovu Xocalıda meyitlərin arasında axtarıblar, lakin tapa bilməyiblər:

"Xocalıda o zaman özüm də olmuşam. Onlar bir dəfə Xocalı camaatını Qarqar çayından keçiriblər, ikinci dəfə qayıdıblar. Lakin bu dəfə özləri də geri dönə bilməyib. Orada Xocalıda meyitlərini yığanlardan biri də mənəm. Meyitlərin içərisində qardaşımı da axtarırdım. Ancaq tapa bilmədim".

Məmməd Əzizov deyir ki, sonuncu döyüşdən əvvəl qardaşı evə gəlibmiş: "Qısa müddətə məzuniyyətə gəlmişdi, iki gün evdə qalandan sonra dedi ki, mən getməliyəm.

O, gedəndən 5-6 gün sonra Xocalı hadisəsi baş verdi. Gözümüz yollarda qalmışdı. Tapa bilmirdik. Dövlətimiz sağ olsun, bu gün biz onu tapa bildik, dəfn etdik".

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
oxu.az

1Mənbələr