AZ

Çin Pakistan vətəndaşını kosmosa göndərəcək

Hurriyyet.az xəbər verir ki, "Sinxua" informasiya agentliyinin məlumatına görə, iki nəfər Pakistan vətəndaşı insan kosmik uçuşlarında iştirak etmək üçün Çində  təlim keçəcəklər.

Çinin Kosmik Uçuş Proqramı Ofisinin məlumatına görə, pakistanlı astronavtlardan biri təlimdən sonra "Tiangong" kosmik stansiyasındakı qısamüddətli missiyada iştirak edəcək.

Çin kosmik agentliyinin sədr müavini Lin Sitsyan aprel ayındakı açıqlamasında "Tiangong" missiyası üçün pakistanlı astronavtların seçiminin üç mərhələdə aparılacağını xəbər vermişdi.

Hürr Tərcüman

 

Seçilən
18
1
hurriyyet.az

2Mənbələr