Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kreditqoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 31,042 milyardmanat təşkil edib.
Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata görə, banklar və qeyri-banklar tərəfindən ölkəiqtisadiyyatına kredit qoyuluşunun həcmi bir ay əvvələ nisbətən 577milyon manat və ya 1,9%, 2024-cü ilin oktyabrın 1-nə nisbətən isə2,6 milyard manat və ya 9,3% artıb.
Hesabat dövründə kredit qoyuluşunun 7,6 milyard manatı dövlətbanklarının payına düşüb ki, bu da aylıq müqayisədə 171 milyonmanat və ya 2,3%, illik müqayisədə isə 723 milyon manat və ya 10,5%artım deməkdir.
Bəhs olunan dövrdə iqtisadiyyata kredit qoyuluşlarının 21,686milyard manatı özəl bankların payına düşüb. Bu isə cari ilinsentyabrın 1-nə olan göstərici ilə müqayisədə 401 milyon manat vəya 1,9%, ötən illin oktyabrın 1-nə olan göstəriciyə nisbətən isə1,8 milyard manat və ya 9,3% çoxdur.
Bundan başqa, bu ilin oktyabrın 1-nə ölkə iqtisadiyyatına kreditqoyuluşlarının qeyri-bank kredit təşkilatlarına düşən payı 1,765milyard manat olub ki, bu da aylıq müqayisədə 6 milyon manat və ya0,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 67 milyon manat və ya3,9% çoxdur.
Qeyd edək ki, hesabat dövründə dövlət bankları tərəfindən kreditqoyuluşu ümumi kredit qoyuluşunun 24,5%-ni, özəl banklar tərəfindənkredit qoyuluşu ümumi kredit qoyuluşunun 69,9%-ni, bank olmayankredit təşkilatları tərəfindən qoyulan kredit qoyuluşu ümumi kreditqoyuluşunun 5,7%-ni təşkil edib.