AZ

İranda kütləvi edam

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Dünən İranın bir sıra şəhərlərdəki zindanlarında 11 məhbus dar ağacından asılıb. Bununla bağlı, ölkədəki “HENGAW” insan haqları təşkilatı xəbər yayıb.

Bakupost.az-ın Güney Azərbaycan “Telegram” kanallarına istinadən yaydığı məlumata görə, ölüm hökmləri Baft, Qonbəd, Qızılhisar, Sari, Yəzd, Yasuc, Həmədan və Şiraz şəhərlərinin həbsxanalarında həyata keçirilib.

Qeyd olunub ki, asılan məhbuslar narkotik qaçaqmalçılığı və qətldə ittiham ediliblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
www.bakupost.az

1Mənbələr