AZ

Rusiya Xəzər üzərindən Ermənistanla birbaşa rabitə xətti qurmaq istəyir

BAKI, 30 oktyabr. TELEQRAF

Rusiya və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin (FOCL) tikintisi müzakirə olunur.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev məlumat verib.

Nazir bildirib ki, bu, Rusiyanın regionları ilə Ermənistan, İran və Qazaxıstan arasında birbaşa əlaqəni təmin etmək üçün lazımdır.

Şadayev həmçinin layihənin Xəzəryanı dövlətlərin rəqəmsallaşmasına əlavə təkan verə biləcəyinə ümid etdiyini bildirib.

Seçilən
21
teleqraf.com

1Mənbələr