 Rusiya bu gecə Ukraynanın müxtəlif bölgələrinə 650 pilotsuz uçuş aparatı (PUA) və 50-dən çox ballistik raketlə zərbə endirib.
Rusiya bu gecə Ukraynanın müxtəlif bölgələrinə 650 pilotsuz uçuş aparatı (PUA) və 50-dən çox ballistik raketlə zərbə endirib.
Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
Onun sözlərinə görə, hücumlar nəticəsində Zaporojya vilayətində iki nəfər ölüb, 13 nəfər yaralanıb. Vilayətdə yaşayış məntəqələri və tələbə yataqxanası zərər görüb.
Zelenski bildirib ki, Kiyev, Vinnitsa, Nikolayev, Poltava, Dnepr, Lvov və digər bölgələrdə enerji infrastrukturu və mülki obyektlər hədəfə alınıb.
Ukraynanın energetika naziri Svitlana Qrinçukun sözlərinə görə, hücum nəticəsində ölkənin bir neçə bölgəsində elektrik enerjisi kəsilib.
Seyranə QuliyevaMissiya.Az
