AZ

şəhidi Pərvin Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib - FOTO

Vətən müharibəsi şəhidi Pərvin Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib. 

Paytaxt.org bildirir ki, Zəfər Günü ərəfəsində 28 oktyabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə stadionunda Vətən müharibəsi şəhidi Pərvin Əliyevin doğum günü ilə əlaqədar şəhidlərimizin xatirəsinə həsr olunmuş futbol turniri təşkil olunub.

Yarışda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Şahin İsmayılov, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti də iştirak ediblər.

Beyləqan RİH başçısı Əziz Əzizov Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin daim uca tutulmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu qeyd edib, hər iki komandaya uğurlar arzulayıb.

Turnirdə Qəhrəmanlı və Birinci Şahsevən futbol komandaları qarşılaşıb. Yarış şəhidlərimizin əziz xatirəsinə ehtiramın təcəssümü olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun və milli qürur hissinin daha da möhkəmləndirilməsi məqsədi daşıyıb.

Turnirin sonunda qalib komandaya kubok və fəxri diplomlar təqdim olunub.


Seçilən
15
paytaxt.org

1Mənbələr